1 C
Baku
Saturday, December 14, 2024

“Google” yeni işçilərin işə qəbulunu dayandırır, reklam büdcəsini azaldır

“Google” 2020-ci ilin ikinci yarısı üçün reklam büdcəsini azaldıb.

Banker.z xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat verib. Müvafiq məktub şirkətin marketinq şöbəsinə göndərilib.
Bundan əlavə, “Google” yeni işçilərin işə qəbulunu müvəqqəti olaraq dayandırdığını bildirib.

“Büdcə kəsiri və işə götürmə prosesinin dondurulması həm marketinqdə, həm də Google-da baş verir”, – məktubda deyilir. Bunun nə qədər müddət davam edəcəyi barədə məlumat yoxdur.

Şirkətin nümayəndəsi CNBC-yə budə azalmalarının “bəzi sahələrdə” olduğunu təsdiqləsə də, dəqiq məlumatları açıqlamadı. Onun sözlərinə görə, “Google” işəgötürməni sadəcə ləngitməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər