21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Google” yeni “Pixel 5a” smartfonunu təqdim edib – Qiymət – $449

Screen Shot 2021 09 02 at 14.34.20

“Google” şirkəti yeni “Pixel 5a” smartfonunu təqdim edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNBC” yazıb.

Bildirildiyi kimi, yenilik ABŞ-da 449 dollar qiymətinə satışa çıxacaq. Amerika mətbuatının verdiyi məlumata görə, bu cihaz daha tutumlu batareya və ekran, o cümlədən su və tozdan qorunma texnologiyası ilə təchiz edilib.

Smartfonun daxili yaddaşı 128 GB təşkil edir. Bundan əlavə, “Pixel 5a” iki – 12.2 və 16 MP arxa, 8 MP ön kamera ilə təchiz edilib. Bununla yanaşı, smartfon barmaq izi funksiyasını dəstəkləyir.

“Pixel 5a” bir rəngdə satılacaq, lakin alıcılar dörd fərqli rəngli kabro seçə biləcəklər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər