4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

“Google” yeni Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib – Video

“Google” özü istehsal etdiyi “Tensor” çipi üzərində yeni Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib. Şirkət modellərin detallarını açıqlayıb.

Banker.az xəbər verir ki, Pixel 6 Pro əyilmiş 6.7 düymlük 120 Hz ekran və üç arxa kamera (genişbucaqlı, ultra genişbucaqlı və 4X optik “Zoom”) ilə təchiz edilib.

Pixel 6 modelinin ekranı 6.4 düym təşkil edir. Hər iki smartfon Android 12 əməliyyat sistemini, barmaq izi və “Always On Display” funksiyalarını dəstəkləyir.

Google pixel 6.jpg1

Bu smartfonun əsas özəlliyi “Tensor” prosessorudur. “Google” onun üzərində dörd il işləyib. “Tensor” nitqin tanınması texnologiyasını dəstəkləyir və korporasiya onu “smartfon üçün ən yaxşı prosessor adlandırır”.

Smartfonların ekranı “Gorilla Glass Victus” qoruyucu şüşə ilə örtülüb. Pixel 6 modelinin qiyməti 599 dollar, Pixel 6 Pro modelinin qiyməti isə 899 dollar təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər
X