“Google” şirkəti Pixel 7 və Pixel 7 Pro seriyasına əlavə yeni Pixel 7a smartfonunu təqdim edib. Yeniliyin satışı dünən, mayın 10-da başlayıb və qiyməti 499 dollar təşkil edir, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Dizayn baxımından cihaz artıq təqdim edilmiş modelləri təkrarlayır, lakin daha yığcam ölçüləri və sadələşdirilmiş kameraları ilə fərqlənir. Pixel 7a 90 Hz yeniləmə tezliyi ilə 2400×1080 piksel təsvir ölçülü 6.1 düymlük OLED displey, 8 GB RAM və 128 GB daxili yaddaş alıb.
Kameranın təkmilləşdirilməsi sayəsində Pixel 7a 500 dollardan aşağı seqmentdə ən yaxşı kameralı smartfon adını qazanıb.
Smartfon 18 Vt simli doldurmanı dəstəkləyən 4385 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və korpus IP67 standartına uyğun olaraq tozdan və nəmdən qorunub.