18 C
Baku
Thursday, May 30, 2024

“Google” yeni süni intellektli Pixel 8a smartfonunu təqdim edib

“Google” daxili “Gemini” neyron şəbəkəsi olan Pixel 8a smartfonunu təqdim edib. Cihazın qiyməti 499 dollar təşkil edir.

Pixel 8 xəttinin aşağı büdcəli versiyası flaqman modelləri kimi Tensor G3 prosessoru ilə təchiz olunub. Smartfon 8 GB operativ yaddaş, həmçinin 128 GB və ya 256 GB daxili yaddaş alıb.

Pixel 8a-nın ekran ölçüsü 6.1 düym təşkil edir, yeniləmə tezliyi 120 Hz-ə qədər artırılıb və maksimum parlaqlıq 2000 nit-ə çatır.

download 6

Smartfon yandırma/söndürmə düyməsini basmaqla işə salınan “Gemini” neyron şəbəkəsi ilə təchiz olunub. O, həmçinin foto və səs emojilərində seçilmiş obyekt üçün axtarış funksiyalarını dəstəkləyir.

Pixel 8a-nın ABŞ-da satışı 14 may 2024-cü ildə başlayacaq. Cihaz qara, mavi, yaşıl və bej rənglərində təqdim ediləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər