1 C
Baku
Saturday, December 14, 2024

“Google”a “Fitbit”i almağa icazə verildi

Avropa Komissiyası “Google”a “Fitbit”i almağa icazə verib, lakin o şərtlər ki, şirkət istifadəçilərin sağlamlığı haqqında məlumatlarını reklam məqsədi ilə istifadə etməyəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2019-cu ildə “Google” 2,1 milyard dollara ən böyük fitness-treker və ağıllı saat istehsalçılarından biri olan “Fitbit”i almışdır. Bir çox istifadəçilər “Google”a etibar etmədikləri üçün cihazlarından imtina etməyə başlamışdırlar.

İyul ayında “Google” “Fitbit”in məlumatlarını reklam məqsədi ilə istifadə etməkdən imtina etdiyini açıqladı. Şirkət bunun Avropa İttifaqının təsdiqini almağa kömək edəcəyini ümid edirdi.

Verilən məlumata görə, “Fitbit” fitness-qolbaqlardan alınan məlumatlar şirkətin reklam üçün istifadə etdiyi məlumatlardan ayrı saxlanılacaq. Bu şərtlər gələcək on ildə qüvvədə olacaq.

Son xəbərlər
Digər xəbərlər