12 C
Baku
Thursday, March 28, 2024

“Google”da “Qarabağ” sözünün axtarışı ən yüksək həddə çatdı

Qarabağ sözünün “Google”da axtarılması ən yüksək həddə çatıb. Bu barədə “Qafqazinfo”ya informasiya texnologiyaları mütəxəssisi Emin Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, “Google Trends” xidməti 2004-cü ildən bəri “Karabakh” sözünün dünyada axtarışı üzrə ən yüksək səviyyəyə çatdığını göstərib. Eyni sözün Azərbaycan dilində “Qarabağ” şəklində yazılışı üzrə axtarışlar da 100 faizlik həddə çatıb və son 12 ilin rekordunu təzələyib.

 

Qeyd edək ki, bundan öncə “Karabakh” sözünün ən çox axtarışı 2014-cü ilin dekabrında 63 faiz, həmin ilin avqust ayında cəbhəbə atışmalar zamanı isə 57 faiz olub.

Len.az

Son xəbərlər
Digər xəbərlər