Bəzən istifadəçilər telefonlarda xeyli yer tutan, amma az istifadə edilən proqramları yaddaş problemlərinə görə silməli olur.
“Google” “Android” telefonlarında bu cür yaddaş problemi yaşayanlar üçün yeni bir həll gətirib.
“Google” “Android” cihazları üçün proqramları tamamilə silmədən əlavə yaddaş təmin edə bilən avtomatik arxivləşdirməni təqdim edib. “Google” bildirir ki, avtomatik arxivləşdirmə funksiyası tətbiqi və istifadəçi məlumatlarını onların cihazından tamamilə silmədən proqramların yaddaş yerini təxminən 60 faiz azalda bilər.
Arxivləşdirilmiş proqramlar proqram ikonunun üstündə yerləşdirilmiş bulud işarəsi ilə müəyyən edilə bilər. İstənilən halda bu proqramlar yenidən yüklənə və bərpa oluna bilər, bu şərtlə ki, onlar hələ də “Google Play”də mövcuddur.
“Android”in yeni funksiyası yaddaşda boş qalan cihaza yeni proqram quraşdırmaq istəyən zaman istifadəçilərin qarşısına çıxacaq. Bu funksiya işə salındıqda, cihazda yer boşaltmaq üçün istifadə olunmayan bütün proqramlar arxivləşdirilir. Hansı proqramın arxivləşdiriləcəyini və ya arxivləşdirilməyəcəyini də təyin etmək mümkündür.