18 C
Baku
Wednesday, April 17, 2024

“Google”dan növbəti yenilik-Google Assistant-ə yeni xüsusiyyətlər əlavə edilib

Şəxsi köməkçi olan Google Assistant-ə bir neçə yeni xüsusiyyətlər əlavə edilib.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, bu funksiyaların əksəriyyəti ailə daxilində və ya yaxınlarınız arasında istifadəyə yönəldilib.

Belə ki, yeni xüsusiyyətlərdən birincisi ailə qeydləridir. İstifadəçilər hamının görməsi üçün masaya qeydlər əlavə edə biləcəklər.

Google Assistant-ə əlavə edilən özəl xüsusiyyət ailə üzvlərinin harada olduğunu soruşmaqdır. Təkcə “Ok Google, ailəm haradadır?” soruşmaqla Google Assistant sizə Google Maps vasitəsilə bütün ailə üzvlərinin və ya müəyyən bir şəxsin son bilinən yerini göstərəcək. Bu funksiyanı istifadə etmək üçün isə bir Google ailə hesabı, eyni zamanda Google Maps-də geodata ötürülməsi aktiv olmalıdır.

Google tərəfindən əlavə edilən digər funksiyalara İnteraktiv Hekayələr kimi yeni təhsil xüsusiyyətləri də daxildir. İstifadəçilər “Ok Google, mənə bir hekayə danış” deyə bilər və interaktiv bir hekayə “ağıllı” ekranda görünəcək.

Son xəbərlər
Digər xəbərlər