17 C
Baku
Thursday, October 17, 2024

“Google”un əməkdaşları bir il distant işləyəcəklər

“Google” şirkətinin əməkdaşları 2021-ci ilin iyuluna qədər distant işləyəcəklər. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib.

Bu qərar “Google”un təxminən 200 min öz əməkdaşını və ana şirkəti olan “Alphabet”in müqavilə işçilərini əhatə edəcəkdir. Bundan əlavə, görülən tədbirlər digər texnologiya nəhənglərinin planlarına təsir edə bilər, qəzet qeyd edir.

“Alphabet” və “Google”un baş direktoru Sundar Piçai, bu qərarı keçən həftə “Google Leads” rəhbərlik qrupu ilə aparılan müzakirədən sonra şəxsən özü qəbul edib. Nəşrin verdiyi məlumata görə, Piçai özünü əməkdaşlarının yerinə qoyaraq, onların üzləşdiyi çətinlikləri başa düşüb.

Distant işləmək qərarı şirkətin baş ofisinə, həmçinin ABŞ, Böyük Britaniya, Hindistan, Braziliya və digər ölkələrdəki şöbələrinə şamil olunur. “Google”dan fərqli olaraq, “Microsoft” şirkəti Nyu-Yorkdakı işçilərinə payızdan ofisə qayıtmalarına icazə verib.

“Facebook”un rəhbəri Mark Çukerberq isə bu ilin may ayında işçilərinin yarıdan çoxunu distant rejimə keçirəcəyini proqnozlaşdırıb.

İşçilərin ofislərə qayıtma vaxtı ilə bağlı qeyri-müəyyənlik, San-Fransisko körfəzi və ona yaxın ərazilərdə mənzil bazarına təsir göstərib. Bu, insanların işəgötürənlərin olduğu bölgələrə köçmək niyyəti ilə əlaqədar olmuşdur.

WSJ qəzetinin verdiyi məlumata görə, Piçai koronavirus pandemiyasına qarşı biganə deyil. O, yanvar ayında virus haqqında məqalələr yazmağa, martda isə şirkətin ofislərini bağlamağa başlamışdır.

Qeyd edək ki, “Google” pandemiyadan daha az təsirlənən ölkələrdə ofislərini qismən açıb. Bu ölkələrə Avstraliya, Yunanıstan və Taylandı aid etmək olar.

Son xəbərlər
Digər xəbərlər