“Google” şirkətinin həmtəsisçisi Sergey Brin 245 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı üç adamı sırasına daxil olub və “Oracle”ın həmtəsisçisi Larri Ellisonu geridə qoyub. Bu, “Oracle” səhmlərinin oktyabrın sonunda maksimum səviyyəyə çatdıqdan sonra 35% ucuzlaşması ilə bağlıdır.
Qeyd edək ki, dünyanın ən varlı “Tesla”nın qurucusu İlon Maskdır — onun sərvəti 480,5 milyard dollar olaraq qiymətləndirilir. İkinci yerdə isə “Google”un digər həmtəsisçisi Larri Peycdir (262,2 milyard dollar).







