“Google” şirkəti “Twitter”in alınması üzərində ciddi düşünür.
İKT.lent.az-ın “Bloomberg” agentliyinə istinadən məlumata görə, bu alışın qiymətləndirilməsi məqsədilə texnologiya nəhəngi “Lazard” bankını seçib.
“Google” və “Lazard” nümayəndələri bu məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Ancaq məlumdur ki, hazırda “Twitter”in səhmlərinə nəzarət paketinin sahibləri ilə fəal danışıqlar gedir.
Öz növbəsində mikrobloqun alınması “Disney”, “Microsoft”, “Verizon” və “Salesforce” şirkətlərini də ciddi şəkildə maraqlandırır. “Disney” şirkəti səhmlərin nəzarət paketinə görə 300 milyard dollar təklif edib.
“Twitter” səhmdarları isə mümkün alıcılarla maraqlarını təmin etmək üçün “Allen & Co” və “Goldman Sachs” şirkətlərini cəlb ediblər. “Twitter”in kapitallaşması 16,35 milyard dollar təşkil edir. “Google” tərəfindən ona maraq güclənəndən sonra şirkətin səhmi 5,77 faiz artıb.







