12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Goranboyda aptekdə istifadə müddəti bitmiş vaksin və preparatlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  əməkdaşları tərəfindən Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb.

Son xəbərlər
Oxşar xəbərlər
X