11 C
Baku
Thursday, May 16, 2024

Goranboyda mağaza cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Zeyvə kəndində fəaliyyət göstərən, fiziki şəxs Adıgözəlov Veysəl Vaqif oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatlar, meyvə şirələri, energetik içkilər və s. qida məhsullarının qanunsuz satışının həyata keçirildiyi aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər