28 C
Baku
Saturday, July 27, 2024

Görkəmli sərkərdə Napaleon Bonapartın dəyərli fikirləri

Hörmətin başlanğıcı qorxudan keçir.

Müharibə aparmaq üçün mənə üç faktor lazımdır: birincisi – pul, ikincisi – pul və üçüncüsü –yenə də pul.

Vətəni məhv etmək üçün hətta bir yaramaz da kifayət edər, tarixdə bunu sübut edəcək nümunələr heç də az deyil. 

Əgər şirlərə rəhbər qoyunu təyin etsən, onda şirlər də qoyunlaşır, əgər əksinə olsa onda hətta qoyunun da şir kimi cəsarətli ürəyi olar.

Sağlam düşüncə tərzi yüksək qabiliyyət sahibi olan insanlar yaradır; təkəbbür isə sadəcə yelkənləri dolduran küləkdir ki, bu da həmin insanların gəmilərini bir-başa uçuruma aparır.

Dostlarınızın nə dərəcə də etibarlı olduğunu bilmək istəyirsiniz? Bundan ötrü çətinliyə (bədbəxtliyə) düşmək lazımdır.

Bədbəxtlik olduqda, adətən əvvəllər əzəmətinə ehtiram edilən insana, daha hörmət qoymurlar.

Məni yalnız pis xəbərlər aldıqda yuxudan oyadın, yaxşı xəbərlərə görə isə heç gərək yoxdur.

İdarəetmə məharəti özünü onda göstərir ki, insanlara öz vəzifələrində qocalmaq imkanı verməyəsən.

Yaxşı yaltaqlıq etməyi bacaranlar, adətən eyni məharətlə də böhtan atmağı və qara yaxmağı bacarırlar.

Hər kəs özünə görə haqlıdır.

Gözəl qadın gözə xoş gəlir, xeyirxah qadın isə ürəyə; biri gözəl əşya olur, digəri isə xəzinə.

Qanunları yaratmaq onlara riayət etməkdən daha asandır.

Öz ixtiyarını qadının əlinə vermiş kişi –kişi deyil, ona heç qadın da demək olmaz, o sadəcə bir heçdir.

Cahil insanın kamil insan qarşısında ən böyük üstünlük odur ki, o həmişə özündən məmnundur.

Mümkünsüzlük – axmaqların lüğətindən olan bir sözdür.

Yüksəkdə və hamının gözü özündə dayanan bir insan çılğın hərəkətlərə yol verməli deyil.

Yuxarı qalxarkən dayanmaq (fasilə etmək) mümkündür, aşağı enərkən buna imkan olmayacaq

Danışmağı bacarmayan insan, karyera qura bilməz.

Dahilikdən gülünclüyə cəmi bir addım qalır.

Ağıldan şüura doğru düşündüyünüzdən daha çox məsafə var.

Anarxiya həmişə mütləqiyyətə səbəb olur.

Jurnalist küçələri təmizləyən xadimə kimidir, sadəcə o qələmlə işləyir.

Son xəbərlər
Digər xəbərlər