-1 C
Baku
Sunday, December 15, 2024

Görmə ilə bağlı yalan məlumatlar hansılardır?

Həqiqəti uydurmadan ayırmağı bacarmaq lazımdır, xüsusilə də söhbət gözümüzün sağlamlığından və görmədən gedirsə. Bununla bağlı bir neçə əsassız fikirlər mövcuddur. Bu fikirlərə inanmaqla özünüzə və ətrafınızdakı insanlara zərər yetirə bilərsiniz.

“Əgər televizora çox yaxın əyləşirsinizsə, gözünüzə ziyan vurursunuz”. Televizora yaxın oturmaqla gözə ziyan vurulmasının heç bir sübutu yoxdur. Harada istəyirsinizsə orada da əyləşin. Televizora yaxın əyləşməklə gözlər sadəcə bir az yorulur. Gözlərə o zaman ziyan dəyə bilər ki, otaq pis işıqlandırılmış olsun, yaxud ekranda qeyri-dəqiq rənglər təsvir olunsun.

“Qaranlıqda kitab oxumaq görməni pisləşdirir”

Televizora yaxın əyləşmək kimi qaranlıqda da oxumaq gözlərin sadəcə yorulmasına səbəb olur. Lakin bu bütünlüklə gözünüzün sağlamlığına ziyan yetirə bilməz.

“Göz üçün bir neçə məşq görməni yaxşılaşdıra bilər”

Göz əzələlərini tonusda saxlamaq üçün yalnızca bir az canlı olmaq və dünyaya baxmaq kifayətdir. Bütün əlavə digər səylər heç bir xeyir gətirməyən vaxt itkisidir. Bu yalan bir çox insana zəngin olmağa kömək etdi, lakin gözlərin belə fırladılması görməyə heç cür təsir etmir.

“Kor insanların altıncı hissi güclüdür, yaxud onların ekstrasensor bacarıqları var”.

Normal görmə qabiliyyəti olan insanlar digər orqanların hissiyyatlarına bir o qədər fikir vermirlər. Görmə əngəlli insanlar isə görmə qabiliyyətini kompensasiya etmək üçün digər hissiyyatlarını inkişaf etdirməyə məcburdurlar. Bu altıncı hiss deyil. Bu zəhmətli işin və təcrübənin nəticəsidir.

“Günəş eynəyi taxdıqdan sonra, ziyansız günəşə baxmaq olar”

Günəş eynəyi taxdıqdan sonra belə günəşə baxdıqda ultrabənövşəyi şüalar eynəkdən keçərək gözə ziyan yetirir. Buna görə də günəşə baxdıqdan sonra sizdə nəinki baş ağrıları, hətta müvəqqəti göz ağrılarına da səbəb ola bilər. Bununla yanaşı burada ciddi göz zədələnmələrini də qeyd etmək lazımdır. Heç vaxt günəş tutulmasına baxmayın. Birbaşa gözə düşən günəş şüası bir dəqiqədən az bir vaxtda insanı kor edə bilər.

“Görmə qabiliyyətini itirməyin qarşısını almaq mümkün deyil”

Görmənin mütəmadi yoxlanılması və onun günəş şüalarından qorunması görmə qabiliyyətini qoruyub saxlamağa kömək edəcək. Bundan başqa, görmənin zəiflədiyini hiss etdiyiniz anda həkimə müraciət etmək lazımdır. Xəstəlikdən asılı olaraq onun ilk mərhələdə müəyyən olunması və müalicəsi ilə görmə qabiliyyətini qorumaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər