12 C
Baku
Saturday, November 9, 2024

Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə saxlanılıb

Göyçay rayon İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Rəşad Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Məlumata görə, o, rayon İcra Hakimiyyətində aparılan qanun pozuntuları ilə bağlı şübhəli şəxs kimi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl vəzifəsindən azad olunub. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rayon İcra Hakimiyyətində yoxlamalar başlayıb. Qanun pozuntuları ilə bağlı dindirilər vəzifəli şəxslərdən sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsində həbs-qətimkan tədbiri seçilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər