“Göyçay Şərab” ASC 2024-cü ili 1 milyon 939 min manat mənfəətlə başa vurub. ASC-nin 2023-cü ildə mənfəəti 1 milyon 314 min manat olub ki, bu da illik müqayisədə 48% artımdır.
Banker.az bu barədə şərab şirkətinin maliyyə göstəricilərinə istinadən xəbər verir.
Ötən il “Göyçay Şərab” ASC-nin əsas əməliyyat gəlirləri 16 milyon 465 min manat (əvvəlki ilə nisbətən 29% çox) olub. Şirkətin işçi heyəti üzrə xərcləri 351 min manat, amortizasiya xərcləri isə 1 milyon 130 min manat təşkil edib.
“Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur. 1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə “Göyçay Şərab” ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir.