İstifadəyə veriləndən “Göyçay” Kiçik Su Elektrik Stansiyasında 48.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
Məlumata görə, stansiya 6 oktyabr 2015-ci il tarixində istifadə verilib.
“6 oktyabr 2015-ci il tarixində Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş “Göyçay” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
“Göyçay” KSES ümumi gücü 3.1 MVt olmaqla, hər biri 1.033 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.
2023-cü ilin 9 ayında stansiyada elektrik enerjisi istehsalı 5.5 mln. kVt·st təşkil edib.
Fəaliyyətə başladığı gündən 01.10.2023-cü il tarixinədək stansiyada 48.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, – paylaşımda qeyd olunur.