Çinin cənubundakı Quandonq əyalətində yerləşən sərbəst iqtisadi zonanın mərkəzi Şenjen şəhəri 150 m və daha hündür göydələnlərin sayına görə Nyu Yorku qabaqlayaraq ikinci yerə çıxıb.
Hündür Binalar və Şəhər Məskənləri Şurasının (CTBUH – Council on Tall Byuildings and Urban Habitat) tərtib etdiyi reytinqdə Şenjen şəhəri Honq Konqun 354 göydələnlə başçılıq etdiyi reytinqdə 289 göydələnlə ikinci yerə yüksəlib, Nyu York isə 283 göydələnlə üçüncü yerdədir. Sonrakı yerləri Dubay (202) və Şanxay (165) tutur.
Ölkələrin reytinqində isə 150+ göydələnlərin sayına görə birinci yeri böyük fərqlə Çin (2204) tutur. Sonrakı yerlərdə ABŞ (808), Yaponiya (259), Birləşmiş Ərəb Əmirlikləri (255), Koreya Respublikası (231) qərarlaşıb. Bütövlükdə dünyada bu cür binaların sayı 4991-dir.