34 C
Baku
Saturday, July 12, 2025

Göygöl ödəmə terminalından pul oğurlandı

Göygöl mağazada oğurluq hadisəsi baş verib

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış “E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2 047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər