5 C
Baku
Tuesday, December 24, 2024

“Göygöl Şərab Zavodu” marketinq şöbəsinə 3 vakant yer elan edir

Şirkət: Göygöl Şərab Zavodu ASC

İdarə: Marketinq və satış idarəsi

E-mail: [email protected]

VAKANSİYA 1: Reklam və PR şöbəsinin mütəxəssisi və kiçik Mütəxəssisi

• Məhsulların etiketlənməsinin təşkili
• Dizaynın hazırlanması məqsədi ilə tapşırığın yazılması
• Tapşırığın hazırlanması üçün etiket üzərində yerləşdiriləcək mətnlərin hazırlanması
• Etiketləmənin QOST standartlara uyğunluğunun yoxlanması
• Barkodların alınması və düzgünlüyünün yoxlanması
• Marka adlarının Standartlaşdırma və patent üzrə agentlikdə yoxlanması
• Mətnlərin tələb olunduğu halda ingilis dilinə tərcüməsi və yoxlanması
• Dizaynın hazırlanmasına nəzərat və Reklam və PR şöbəsinin rəhbərinə hesabatların verilməsi
• Dizaynın icra edilə bilməsi üçün etiket, qapaq və digər elementləri istehsal edən şirkətlərlə danışıqların aparılması
• Tələb olunduqda qablaşdırma üçün butulka, şüşə, dekorativ qutuların isehsalı üçün şirkətlərlə müzakirələrin aparılması
• Dizaynın subardinasiya üzrə müvafiq rəhbərə təqdim edilməsi
• Dizaynın təsdiqlədilməsi üçün Reklam və PR şöbəsinin rəhbərinə təqdimat
• Məhsulun nümunələrinin istehsal edilməsi və məhsul numunəlinin şirkətə çatdırılması
• Nümunələrin marketinq şöbəsinin rəhbətinə təqdim edilməsi
• Nümunələrin istehsal üçün sifarişlərinin verilməsi;
• Reklam materiallarının hazırlanması üçün sifarişlərin verilməsi;
• Reklam materiallarının mətnlərinin hazırlanması və ya copywriter xidmətindən istifadə;
• İstiqamətin supervayzorundan və ya marketinq şöbəsinin rəhbərindən tapşırığın alınması və icraçılara göndərilməsi;
• Mətnlərin tərcüməsi və ya copywriter, tərcümə xidmətlərindən istifadə;
• Reklam məhsullarının istehsal etdirilməsi;
• Outsource olunan xidmətlərin icrasına nəzarət;

Kiçik mütəxəssisin və mütəxəssisin iş yükü
Kiçik mütəxəssis cari işləri icra edir və onun iş yükü dövr üzrə 3 layihənin icrasından, mütəxəssis vəzifəsində çalışan işçi isə eyni dövrdə 5 layihənin icrasından ibarətdir.

Tələblər

• Uyğun istiqamət üzrə universitet təhsilinin olması;
• TQDK keçirdiyi qəbul imtahan nəticəsinin 600 baldan yüksək olması daha arzu olunandır;
• Azərbaycan dilində sərbəst yazmaq və bu dilin qramatikasına mükəmməl yiyələnmək;
• Reklam sahəsində iş təcrübəsinin olması;
• Bakı daxilində icraçılarla görüşmək, işləri nəzarətdə saxlamaq üçün şirkətlər səfərlər;
• Bakalavr təhsili səviyyəsində marketinq ixtisasına dərindən yiyələnməlidir;
• Təchizatçılarla ünsiyyətin qurulması və işlərin icrası üçün rus və ingilis dillərini bilməlidir;
• Detallara fikir vermək qabiliyyətinin olması, yaradıcı düşünmə keyfiyyətlərinə malik olmaq;


VAKANSİYA 2: Məhsul portfelinin idarə edilməsi şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

• Marketinq araşdırmaları istiqaməti ilə birgə bazarın seqmentlərə bölünməsi üçün araşdırmaların keçirir. Araşdırmalar son istehlakçıların klaster (cluster) analizləri və müştərilərin alış proformalarının (buying proforma) yaradılması;
• Seqmentlərin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
• Məhsul portfelinin təhlili üçün tələb olunan Marketinq informasiya sisteminin qurulması;
• Yeni məhsul konseptlərinin hazırlanması və təkliflərin marketinq şöbəsinin rəhbərinə göndərilməsi;
• Məhsulların müştəri ehtiyyaclarına görə paketlənməsi üzrə marketinq təkliflərinin hazırlanması;
• Topdansatıcılar, şadlıq evləri, mağazalarla görüşərək onların alış proformalarını tərtib edir və məhsulları satışını artırmaq üçün müvafiq təkliflər verir.
• Mövcud məhsullar üzrə fokus qrupların keçirilməsi, problemlərin müəyyənləşdirilməsi və təkliflərin marketinq şöbəsinin rəhbərinə təqdim edilməsi;
• Yeni məhsul konseptlərinin hazırlanması prosesində, konseptin sınağının təşkili habelə, fokusqruplar üzrə problemin qoyuluşu;
• Məhsulun kommersiyalaşdırma prosesi üçün Marketinq və Satışın təşkili rəhbəri ilə birgə marketinq planların hazırlanması;
• Məhsul portfelini idarə emtək, BCG matrisləri üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi və marketinq şöbəsinin rəhbərinə hesabatların təqdim edilməsi;
• Marketlərdən satış hesabatlarının alınması, BCG matrislərin qurulması, rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi;
• GAP analizləri üzrə hesabatların təqdim edilməsi və məhsulların düzgün mövqeləşmə siyasətinin hazırlanması, araşdırma şirkətlərinin köməkliyi ilə bazar araşdırmalarının təşkili
• Yeni məhsulların yaradılması, tərtibat elementlərin hazırlanması üzrə layihələrin kordinasiya edilməsi və layihələrə rəhbərlik edilməsi

Tələblər:

• Marketinq ixtisası üzrə təhsilinin olması (Xarici universitetlərin məzunlarına daha çox üstünlük verilir);
• Müvafiq sahədə 2 ildən artıq təcrübənin olması;
• Marketinq planların hazırlanması üzrə sertifikasiyadan keçməsi və ya köhnə iş təcrübəsinə bağlı olaraq müvafiq planların təqdim edilməsi;
• Seqmentləşdirmə və mövqeləşdirmə strategiyaları üzrə təcrübəsinin olması;
• Məhsul portfelinin idarə edilməsi üzrə təcrübəsinin olması;
• Rus və ingilis dilində danışmaq, yazmaq bacarıqlarının olması


VAKANSİYA 3: Marketinq araşdırmaları şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

• Marketinq araşdırmalarına olan ehtiyyacın müəyyənləşdirilməsi, marketinq araşdırmaları üzrə planların hazırlanması;
• Satış əməkdaşlarının KPİ-lərini (performans göstəricilərini) müəyyənləşdirmək;
• Marka məlumatlılığı araşdırmaları üçün sifarişlərin verilməsi, sorğu suallarının hazırlanması üçün şöbənin əməkdaşlarına dəstəyin göstərilməsi;
• Marka dəyəri, markaya loyallıq, markaya münasibət, markaya inam, marka haqqında biliklərin araşdırılması;
• Araşdırma planının hazırlanması, sorğu suallarının outsource olunan şirkətlə və ya daxili resurslar hesabına hazırlanması;
• Fokus qrupların təşkil edilməsi və məhsulun dadı və digər xüsusiyyətləri ilə bağlı hesabatların hazırlanması;
• Məhsulların bazar payını müəyyənləşdirmək üçün supermarketlərlə razılıqların əldə edilməsi;
• Gizli müştəri araşdırmalarının keçirilməsi üçün outsource olunan şirkətlə əməkdaşlıq və rəhbərlik üçün hesabatların hazırlanması;
• Məhsul satışları, müştərilərin alış həcminə görə qruplaşdırılması, satış təmsilçiləri üzrə RFM analizlərin nəticələrini subardinasiya üzrə rəhbərə və satış şöbəsinin rəhbərinə çatdırılması
• Məhsul konseptlərinin test edilməsi üçün məhsul portfelinin idarə edilməsi şöbəsi ilə əməkdaşlıq (Fokus qruplarda iştirak, Faktor analizləri üçün sualların tərtib edilməsi və sərbəst dəyişkənlərin müəyyənləşdirilməsi və sorların aparılması);
• Klaster araşdırmaları üçün fokus qrupun keçirilməsi və sorğuların hazırlanması, outsource şirkətlərin xidməti ilə sorğuların keçirilməsi;
• Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
• Məhsul üzrə KPİ-lərin mütəmadi hazırlanması

Tələblər

• Magistr təhsilinin olması (daha çox marketinq araşdırmaları, statistika istiqaməti) və xarici universitetlərdə müvafiq istiqamətdə təhsil almış namizədlərin olmasına üstünlük verilir;
• Statistika və marketinq araşdırmalarını dərindən mənimsəmək
• Marketinq araşdırmaları sahəsində azı 2 il iş təcrübəsinin olması;
• İBM SPSS və EXCELdə sərbəst işləmə və sorğuların bu proqramlar vasitəsilə emal edilməsi istiqamətində biliklərin mükəmməl olması;
• Marketinq biliklərinin olması, çalışdığı dövr ərzində seqmentləşdirmə üzrə layihələrin icrası ilə bağlı işlərin təqdim edilməsi;
• Marketinq araşdırma planlarının hazırlama və doğru sorğu metodlarının tətbiq edilməsi

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər