7 C
Baku
Thursday, December 12, 2024

Gözəgörünməz əl: yaxşı vərdişləri inkişaf etdirməyə kömək edəcək 6 qayda

Ceyms Kliri “Atom vərdişləri” indiyə qədər vərdişlər haqqında oxuduğum ən yaxşı kitablardan biridir. Onu Çarlz Dahigganın “Vərdişin gücü” kitabı ilə bir sıraya qoyardım. 

Kitabda yazılanları bir məqaləyə sığmaq mümkünsüz olsa da, onun sizi düşünməyə vadar edəcək ən maraqlı məqamlarına toxunaq:

  1. Vərdişlərinizin siyahısını tərtib edin və onları uzunmüddətli perspektiv üzrə sıralayın. Bu, hansı vərdişin həqiqi, hansıların isə diqqət yayındırıcı olduğunu müəyyən etməyə kömək edir. 
  2. Bir şeyin həyatınızın vacib bir hissəsi olmasını istəyirsinizsə, onu mühitinizin ən vacib hissəsinə çevirin. Bu təcrübədə sadə, lakin çox güclü ideyadır. Daha sağlam qidalanmaq istəyirsiniz? Elə edin ki, mətbəxinizdə sağlam ərzaqlar daha çox olsun ki, sağlam olmayanlardan imtina edə biləsiniz. Gitarada çalmağı öyrənmə istəyirsiniz? Gitaranı qonaq otağına qoyun və vaxtınız olanda çalın. Ətrafınıza özünüzdə inkişaf etdirmə istədiyiniz vərdişlərdən diqqəti yayındıran və əksinə onlara daha yaxın edən obyektlər əlavə edin. Ceyms yazır: “Ətraf mühit – davranışı formalaşdıran gözəgörünməz əldir”.
  3. Zövq aldığınız vərdişlər haqqında düşünün. Ceyms yazır: “Bir qayda olaraq, bu və ya digər vərdişdən nə qədər çox zövq alsanız, onun uzunmüddətli məqsədlərə nə dərəcədə uyğun olub-olmadığı barədə bir o qədər çox düşünməlisiniz”. 
  4. İki dəqiqə qaydasını tətbiq edin. Qayda belədir: yeni vərdişə başlamağa iki dəqiqədən çox vaxt sərf etməyin. Əgər məqsədiniz marafon qaçmaqdırsa, əvvəlcə bir neçə dəqiqəlik idman ayaqqabısını geyinin. Əgər idman zalında məşq etməyə başlamaq istəyirsinizsə, ora gedin və iki dəqiqə məşq edin. Beləliklə, vərdişləri yeni vərdişləri inkişaf etdirmək üçün təməliniz olacaq. 
  5. “Ev” və “həftəsonu” vərdişlərinə diqqət yetirin. Ceyms iki növ vərdişin inkişafını tövsiyə edir: ətraf mühitin əvvəlcədən müəyyənləşdirildiyi zaman izlədiyimiz “ev” vərdişləri və “həftəsonu” – “ev” vərdişlərini möhkəmləndirəndən sonra inkişaf etdirməyə başladığımız vərdişlər. 
  6. Bütün diqqətinizi məqsədlərinizə deyil, şəxsiyyətinizə yönəldin. Ceymsin sözlərinə görə, vərdişləri dəyişdirməyin ən effektiv yolu, bütün diqqəti nail olmaq istədiyiniz şeylərə deyil, olmaq istədiyiniz şəxsiyyətə yönəltməkdir. O, vərdişləri şəxsiyyətinizin “səsi” kimi görür: bütün diqqətinizi sizi hədəflərinizə yaxınlaşdıran davranış üzərində deyil, olmaq istədiyiniz şəxsiyyət üzərində cəmləşdirməyiniz daha məqsədə uyğundur. Hər gün meditasiya etmək vərdişini inkişaf etdirmək əvəzinə, haqqınızda meditasiya edən insan kimi düşünməyə başlayın. Artıq çəkini atmaq əvəzinə, haqqınızda sağlamlığını yaxşılaşdırma və ömrünü uzatmaq istəyən insan kimi düşünməyə başlayın. 
Son xəbərlər
Digər xəbərlər