27 C
Baku
Saturday, July 27, 2024

Gözləntilərin əksi: Neft qiyməti bahalaşır

Dünya birjalarında, FED-in son qərarından sonra, gözləntilərin əksi olaraq neftin qiymətində bahalaşma müşahidə edilir. 

08:57 (GMT+4)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,27$, yəni, 0,55% artaraq 49,013$-da (ötən iş günü 50,58$) qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32$, yəni, 0,62% bahalaşaraq 52,13$-a təklif olunub.

APA/ Maraqlıdır ki, neftin bahalaşması ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması fonunda baş verib. ABŞ Mərkəzi Bankı tərəfindən dollar bahalaşdırılandan sonra dünya bazarında neftin ucuzlaşacağı gözlənilirdi, lakin əks proses baş verdi.

Neftin bahalaşmasına ABŞ-da kommersiya ehtiyatlarının həcminin azalması səbəb olub. Ötən gün açıqlanan rəsmi statistikaya əsasən, bu il ilk dəfə olaraq ABŞ-da kommersiya neft ehtiyatları azalıb. Belə ki, ötən həftə ərzində ABŞ-ın kommersiya ehtiyatlarında 237 min barel azalma baş verib.

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) ikigünlük iclası başa çatıb. FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% qədər artırıb.

 

Son xəbərlər
Digər xəbərlər