Azərbaycanın xaricdən avtomobil idxalının həcmi 2021-ci ildə kəskin artıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İlin yanvar-may ayları ərzində Azərbaycana xaricdən 31 220 ədəd avtomobil idxal olunub. Bu da illik müqayisədə 59% artım dinamikasıdır.
İlin ilk 5 ayı ərzində ölkəni avtomobil idxalına görə 318.14 milyon dollar həcmində valyuta tərk edib.
İdxal olunmuş avtomobillərin 28 840 ədədi minik ( 274.3 milyon dollar) minik olmu, o cümlədən 3 719 ədədi (idxal dəyəri 22.56 milyon dollar) “hibrid” olan benzin mühərrikli minik avtomobilləridir.
Gözlənilənlər isə ölkədə hazırda ekoloi baxımdan daha az hava çirkləndirən “e-car”ların olduğu halda, bu göstərici 2020-ci ildəkindən xeyli geri qalmışdır. Məsələn, 2021-ci ilin yanvar-may müddətində cəmi 29 ədəd “e-car” minik avtomobili idxal edilib ki, bu öncəki ildə 81 ədəd idi.
Qeyd edək ki, avtomobil satışı ilə məşğul olan şirkətlər Azərbaycanda hökumətə elektrik avtomobillərin idxal rüsumlarında “yumşalmalar” təklif edirlər.
Aylar | İdxal, ədəd | İdxal, min dollar |
Yanvar 2020 | 4,642 | 53,445 |
Fevral 2020 | 4,795 | 46,668 |
Mart 2020 | 6,102 | 57,886 |
Aprel 2020 | 8,315 | 86,578 |
May 2020 | 7,366 | 73,563 |