Discover ödəniş sistemi dünyada ən geniş yayılmış ödəniş sistemi təyin edildi. Bu haqda məlumat Global Payment Cards Data and Forecasts to 2021 hesabatında yer alıb. Bu ödəniş sisteminin kartları qlobal miqyasda Visa və yaxud MasterCard ödəniş alətlərindən daha çox istifadə olunur. Bu isə onunla izah edilir ki, son zamanlarda Çində çox sayda ticarət nöqtəsi açılıb və bu məkanlar bu ödəniş sisteminin kartları ilə ödəniş etməyə imkan verir.
Bu kartları qəbul edən ticarət nöqtələrinin sayı ildən ilə artır. 2015-ci ilin nəticələrinə əsasən, 54 milyon mağazada bu kart ilə ödəniş etmək mümkün idi. Sənaye bu kartın belə sürətlə geniş yayılmasını Çinə borcludur. Son il ərzində bu ödəniş sisteminin kartlarını qəbul edən ticarətçilərin sayı 39% artıb.
Dünya üzrə isə 42 milyon ticarət nöqtəsində Discover ödəniş kartları qəbul edilir. Bununla yanaşı, Visa və MasterCard kartlarından 40 milyon mağazada istifadə olunur.
Dünya üzrə müxtəlif ödəniş sistemlərinin kartlarını qəbul edən mağazaların sayı (milyon ilə):
Qeyd edək ki, rəqəmsal tranzaksiyaların həcmi artmağa davam edir. Gözləntilərə əsasən, belə əməliyyatların illik artımı 10%-i geridə qoyacaq və ilk dəfə olaraq 426,3 milyard tranzaksiyaya çatacaq. Bu nəticəyə isə Capgemini və BNP Paribas ekspertləri gəlmişlər.