Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

Lazer texnologiyalarının tibb və sənaye istehsalı sahələrində tətbiqi gözün zədələnmə riskini meydana çıxarır. Voronej Dövlət Universitetinin Optika və Spektroskopiya şöbəsinin assistenti Andrey Zvyagin tərəfindən impulslu lazer şüalanmasından istifadə zamanı görmə qabiliyyətini qorumaq üçün yeni təsirli mexanizm yaradılıb.

Bu mexanizm sayəsində göz üçün zərərli impulslu lazer şüalanmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, münasib qiymətə malik optik örtüklər istehsal etmək mümkün olacaq.

Təklif olunan yanaşmanın yeniliyi qeyri-üzvi və üzvi strukturların birləşməsi hesabına unikal hibrid xüsusiyyətlərinə malik orijinal materialların işlənilməsindən ibarətdir. Optik şüalanma qəbuledicilərinə ziyan vurma riskini azaltmaq məqsədilə tərkibinə koloidal kvant nöqtələrinin hibrid birləşmələri və üzvi boyaların molekulları daxil olan nazik təbəqənin yaradılması təklif olunur.

©Trend


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları