13 C
Baku
Friday, March 29, 2024

GPA və onun MBA proqramı üçün faydası

Öz karyera imkanlarını genişləndirmək istəyən insanların sayı get-gedə artır. Beləliklə, MBA təhsili olduqca aktual bir mövzuya çevrilir. Belə ki, MBA sizə daha yüksək əmək haqqı almaq, yeni bilik və bacarıqları əldə etmək və karyera yüksəlişinə nail olmaq imkanını verir.

Biznes-məktəblərin irəli sürdüyü tələblərdən biri də GPA-nın yüksək göstəricisidir. Əlbəttə ki, bu kifayət deyil və siz GMAT imtahanını verməli, peşəkar təcrübənizi nümayiş etdirməli olacaqsınız.

GPA

GPA (Grade Point Average) – attestat və ya diplomunuzun ortalama balıdır. Adətən biznes məktəblər 3.5 (B + to A -) aralığına üstünlük verirlər. Ən yaxşı və yüksək reytinqli proqramlar daha yüksək GPA tələb edirlər.

Aparıcı biznes-məktəblərin bir çoxunun GPA statistikası rəsmi olaraq dərc olunmasa da, F1GMAT-ın keçirdiyi tədqiqat göstərir ki, yüksək reytinqli proqramlar üçün orta göstərici 3,5 və 3,7 təşkil edir. GPA 2,7 və daha aşağı göstərici isə namizəd üçün ciddi bir problemə çevrilə bilər.

Stenford universitetinin Ali biznes məktəbində GPA-nın ortalama göstəricisi 3,73, Harvard biznes-məktəbində 3,68, MIT Sloan и Columbia Business School biznes-məktəbində isə 3,50 təşkil edir.

GMAT

Sözsüz ki, GPA çox əhəmiyyətlidir, lakin 2012-ci ildə Kaplan Test Prep biznes-məktəbin əməkdaşları tərəfindən keçirilmiş tədqiqat göstərib ki, MBA proqramına qəbul olmaq üçün GMAT faktoru daha önəmlidir. Respondentlərin 51%-i GMAT nəticələrini əsas maneələrdən biri olduğunu qeyd edib.

Ən yaxşı biznes-məktəblər yüksək GMAT test nəticələrini tələb edirlər, adətən bu göstərici 720-730 arasında dəyişir.

İş təcrübəsi

Akademik dairələrdə üstünlük əlbəttə ki, dayanıqlı bir fundamentdir. Lakin biz unutmamalıyıq ki, biznes-məktəb öz fəaliyyətini real nəticələrin əldə olunmasına yönəldir. Nəticədə, bir çox məktəblər iş təcrübəsini qərarların qəbul edilmə prosesi zamanı qiymətləndirirlər. Executive MBA (EMBA) proqramları artıq bir neçə il liderlik və idarəçilik sahəsində çalışanlar üçün yaradılmışdır. EMBA qəbulu bilir ki, akademik yazılar köhnələcək və peşəkar şəbəkələrin namizədləri üçün iş təcrübəsindən daha az önəm kəsb edir.

Adətən EMBA proqramı üzrə təhsil alan tələbələr üçün part-time rejim seçimi var. Bu, tam gün işləyən və MBA təhsilini almaq istəyən insnalar üçün nəzərdə tutulub. Dərslər iş günlərinin axsam saatlarında və ya istirahət günlərində keçirilir. İşə götürənlər təqaüdü tam şəkildə və ya hissə-hissə ödəyirlər.

Nəticə

MBA proqramına yüksək reytinqlə qəbul olsanız, kifayət qədər rəqabət qabiliyyətli olacaqsınız. Yüksək GPA göstəricisi, sözsüz ki, qəbul komissiyası tərəfindən nəzərə alınır və yüksək qiymətləndirilir. Lakin GPA – tarixin yalnız bir hissəsidir. Önəmli olan digər kriteriyalardan biri GMAT imtahanının nəticələridir. Qərar bu və digər göstəricilər (esse, müsahibə və motivasiya məktubu) əsasında qəbul edilir.  

Son xəbərlər
Digər xəbərlər