19 C
Baku
Friday, October 4, 2024

Grady Franklin Stiles – xərçəng-oğlan

Grady 18 iyul  1937-ci ildə Pensilvaniya ştatının Pittsburq şəhərində dünyaya gəlir və anadan gəlmə ektrodaktiliya kimi məşhur olan qüsura sahib olur. Hərfi olaraq “eybəcər barmaqlar” adlandırılan bu xəstəlik nəsildən-nəslə ötürülür. 

Grady-nin eybəcərliyi tək əlləri ilə məhdudlaşmırdı və onun ayaqları da xərçəng qısqaclarını xatırladırdı. Onun atası sirk tamaşaları ilə səyahət edirdi və oğlanın 7 yaşı olduqda onu da işə cəlb edir. O öz qüsurlu övladını tamaşaçılara inanılmaz xərçəng-oğlan kimi təqdim edirdi ki, o bu ləqəbi ömrünün sonuna qədər daşımalı olur.

İllər keçdikdən və Grady artıq böyüdükdən sonra digər bir eybəcərlər karnavalında iştirak edən Mariya Tereza Hersoq ilə evlənir. Verilən məlumatlara görə, Grady hər kəsə nifrət edən və sərxoş biri idi. O öz həyat yoldaşı və 4 uşağına həm psixoloji, həm də fiziki zərər yetirirdi. Qeyd edək ki, onun övladlarından ikisi onun kimi eyni qüsurlara sahib doğulmuşdu. Grady qüsura görə yeriyə bilmirdi və gəzmək üçün əllərindən istifadə edirdi. Onun bədəninin üst hissəsi fiziki cəhətdən güclü idi və hər hansı bir şeyə görə bəyənmədiyi bir şəxsi asanlıqla döyə və hətta boğa bilirdi.

2

Onun qızlarından biri (qüsuru olmayan) nişanlandıqda Grady bəyə o dərəcədə nifrət edir ki, toy ərəfəsində onu güllələyir. Düzdür, onun bunu necə etdiyi hələ də hər kəsi maraqlandırır. O öz səhvini açıq şəkildə etiraf etmiş və peşman olmadığını da bildirmişdi. Qətl səbəbindən Grady 15 illik həbs cəzasına layiq görülür və cəzasını tam olaraq çəkdikdən sonra azadlığa qovuşur.

Onun həyat yoldaşı onu tərk edərək başqa birinə ərə getsə də, müəyyən səbəblərdən nigah uzun müddət davam etmir və Mariya yenidən Grady-ə geri dönür. Grady isə bu müddət ərzində az da olsa dəyişməmişdi və bütün ailəsini öldürmək ilə hədələyirdi. Vəziyyət belə olduqda Mariya və oğlu karnavalda iştirak edən bir şəxsi tutaraq ona Grady-ni qətlə yetirməsini “sifariş” edirlər. O isə sərxoş halda televizor izləyən Grady-nin başına dörd güllə vuraraq qətlə yetirir.

Grady Stiles-ə o qədər çox nifrət edirlər ki, onun tabutunu aparmağa heç kim gəlmir. Qəbrinin üzərində isə hər hansı bir yazı yazılmadan, çox sadə bir şəkildə dəfn edilir.

Son xəbərlər
Digər xəbərlər