Ukraynanın ingilis dilində mətnlərin yazılması üçün onlayn-xidmət proqramçısı olan Grammarly İT-şirkəti 90 milyon dollar investisiya cəlb edib və bu ona birincilik statusu verir. Bu barədə TechCrunch şirkətin baş direktoruna istinadən xəbər verib.
Artıq ikinci dəfə General Catalyst şirkəti əsas səhmdar olub. Raundda həmçinin, yeni investorlar da iştirak ediblər. Bütün fəaliyyəti ərzində şirkət təxminən 200 milyon dollar səhm cəlb edib.
Grammarly-nin yeni investisiyaları məhsulun inkişafına qoyulacaq. Startap ingilis dilində peşəkar və fərdi ünsiyyət üçün köməkçi hazırlamağı planlaşdırır.
Grammarly 2009-cu ildə üç proqramçı tərəfindən yaradılıb və ilk daxili maliyyələşməni 2017-ci ildə əldə edib – 110 milyon dollar.
©Bizplus.az