9 C
Baku
Monday, November 18, 2024

“Grand-Agro” və “Grand-Agro Invitro”nun direktorları dəyişib

Bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”larının rəhbərləri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru bundan sonra Məcnun Məmmədov Qadir oğlu olacaq. O bu vəzifədə Tofiq Həmidovu əvəzləyib.

Məcnun Məmmədov hazırda həmçinin “Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

grand agro

Bununla belə, 2017-ci ildə yaradılan “Grand-Agro” MMC-nin nizamnamə kapitalının həcmi də 4 250 000 mln. manat, yaxud 10% artırılmaqla 45 960 000 manata çatdırılıb.

Holdinqin agrobiznesdə innovativ tingçiliklə məşğul olan layihəsi “Grand-Agro Invitro” MMC şirkətinin direktoru yenidən dəyişib. Vahid Novruzov Vaqif oğlu bundan sonra “Grand-Agro Invitro”ya rəhbərlik edəcək. O, bu vəzifədə Taleh Zeynalov Tarix oğlunu əvəzləyib. Vahid Novruzov bundan öncə “Agro Food Investment” MMC-nin direktor müavini və İdarə Heyətinin üzvi vəzifəsində idi. Nyu-Yorkda yerləşən Pace Universitetində ali təhsil alıb.

Son xəbərlər
Digər xəbərlər