21 C
Baku
Thursday, October 17, 2024

“Grand Motors” Müdafiə Nazirliyini məhkəməyə verdi

“Grand Motors Company” QSC Müdafiə Nazirliyini məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.

Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber

Son xəbərlər
Digər xəbərlər