8 C
Baku
Wednesday, December 4, 2024

“Grayscale” şirkəti Solana ETF-ləri buraxır

Nyu-York Fond Birjasının (NYSE) veb-saytında “Grayscale” şirkətinin Solana tokeni üçün birja ticarəti fondu (ETF) işə salınması ilə bağlı müraciəti yerləşdirilib. “Grayscale” artıq mövcud olan qapalı “Grayscale Solana Trust” fondunu ETF-ə çevirməyi planlaşdırır. Şirkət əvvəllər eyni addımı “Bitcoin” və “Ethereum” ETF-ləri ilə də atmışdı.

Rəsmi veb-sayta əsasən, “Grayscale Solana Trust” fondunun idarəsində 117 milyon dollar dəyərində aktiv var.

Tənzimləyicilər tərəfindən “Solana-ETF”in işə salınması ilə bağlı “Canary”, “VanEck”, “21Shares” və “Bitwise” şirkətlərinin də müraciətləri nəzərdən keçirilir. Son üç şirkət, eyni zamanda, öz Bitcoin-ETF-lərinə də idarə edir.

2024-cü ildə Bitcoin və Ethereum-a əsaslanan ETF-lərin uğurundan sonra emitent şirkətlər ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) “Solana” və “XRP” kimi fərdi aktivlər üçün və ya müxtəlif kriptovalyutalardan ibarət səbətlərə investisiya etməyə imkan verən multi-valyuta ETF-ləri üçün oxşar fondların işə salınması ilə bağlı müraciətlər təqdim etməyə başladılar. Hal-hazırda SEC-in nəzərdən keçirdiyi 10-dan çox aktiv müraciət var və tənzimləyici bu müraciətlərlə bağlı qərarlarını 2025-ci ildə verməlidir.

Bazar iştirakçıları Donald Trampın yeni administrasiyasından kriptovalyutaların tənzimlənməsinə daha yumşaq yanaşma gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər