Kənd Təsərrüfatı Nazirliyi yanında «Green Park Azerbaijan» MMC istixana kompleksinin inşası və avadanlıqla təchizatı üçün podratçılar seçir.
Banker.az bildirir ki, seçim açıq tender metodu ilə 3 lot üzrə həyata keçirilir: lot 1 – 2 hektar ərazidə istixana kompleksinin layihələndirilməsi işləri; lot 2 – İstixana kompleksinin tikintisi işləri; lot 3 – İstixana avadanlıqları.
Tenderdə iştirak haqqı I lot üzrə 100 manat, II və III lot üzrə 300 manatdır.
Tender təklifləri 2018-ci il dekabrın 19-dək qəbul olunur. Tender proseduru dekabrın 20-də baş tutacaq.
«Green Park Azerbaijan» MMC 2018-ci ilin yayında yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı və müxtəlif növ xidmətlərin göstərilməsidir.