10 C
Baku
Wednesday, November 27, 2024

Greenpeace Forex-də məğlub oldu

Greenpeace International bir əməkdaşının Forex-də 5,15 milyon dollar uduzduğunu elan etdi.  Təşkilat nümayəndələrinin bildirdiyinə görə, Amsterdamda yerləşən maliyyə şöbəsinin əməkdaşı hesablama zamanı ciddi səhvə yol vermişdir.

Amsterdam şöbəsi avronu özünə hər hansı bir xeyir olmadan satırdı ki, bu da çox milyonluq itki ilə üzləşməyə səbəb oldu. Şirkət bildirmişdir: “Greenpeace International avronun möhkəmləndiyi bir zamanda əcnəbi valyutanın alınması üçün sabit məzənnə üzrə müqavilə imzalamışdır. Nəticədə də 3,8 milyon avroluq itki yaşanmışdır”. Adı açıqlanmayan əməkdaş işdən azad edilmişdir. Şirkət nümayəndələrinin bildirdiyinə görə o treyder olmayıb və sadəcə bir dəfə bəxtini sınamaq qərarına gəlib.

Greenpeace International şirkətinin maliyyə şöbəsi öz kapitalı ilə idarə olunur. Şirkətin 40 ölkədə rəsmi nümayəndələri fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər