Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət 3 vəzifəyə işçi qəbulu elan edir.
VAKANSIYA 1: Satış üzrə Məsləhətçi
Vəzifə öhdəliklər:
• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Məhsulu müştəriyə təqdim etmək və satınalma ilə müştərinin ehtiyacları arasındakı əlaqələri uyğunlaşdırmaq;
• Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
• Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt və ya internet vasitəsilə əlaqə saxlamaq;
• Nağd və elektron formada ödənişlərin, o cümlədən kreditlər üzrə ödənişləri həyata keçirilməsinə yardım etmək və şirkətin siyasəti çərçivəsində kreditləri razılaşdırmaq;
• Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Görülən işlərə və əldə edilən nəticələrə dair dövri hesabatlar vermək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
Namizədlərə tələblər:
• Yaş: 25-40;
• Ali təhsil;
• Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.
VAKANSIYA 2: Müştəri xidmətləri üzrə Köməkçi
Vəzifə öhdəliklər:
• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Şirkətə gələn zənglərin cavablandırmaq və yönləndirmək;
• Faks qəbulu və göndərilməsi;
• Şirkətə gələn məktubları cavablandırmaq;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
• Yaş: 20-25;
• Ali təhsil;
• Sekretar – referent və yaxud qeyd olunan vəzifədə iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
VAKANSIYA 3: Servis üzrə Məsləhətçi
Vəzifə öhdəliklər:
• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
• Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
• Xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
• Yaş: 25-40;
• Texniki sahədə ali təhsil;
• Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə vəzifa adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.