9 C
Baku
Thursday, December 12, 2024

GTA V yaradıcıları artıq on ildir ki, vergi ödəmirlər

TaxWatch tədqiqat mərkəzi 28 iyul tarixində “Rockstar Games” şirkətinin maliyyə hesabatını dərc edib.

Banker.az xəbər verir ki, məlum olmuşdur ki, tərtibatçılar İngiltərədə 2009-cu ildən bəri vergi ödəmirlər.

Üstəlik, 2015-2017-ci illər arasında studiya tərtibatçılara dəstək proqramı çərçivəsində dövlətdən 51 milyon dollar pul alıb. Tərtibatçılar bu barədə hələ şərh verməyiblər.

Xatırladaq ki, “Rockstar Games” şirkəti “Grand Theft Auto Max Payne” və “Red Dead Redemption” oyunları sayəsində məşhurluq qazanıb. Şirkətin baş ofisi Nyu-York şəhərində yerləşsə də, GTA V oyununun tərtibatı ilə İngiltərə filialı məşğul olub.

Son xəbərlər
Digər xəbərlər