-1 C
Baku
Sunday, December 15, 2024

GUAM Azad Ticarət Zonasının yaradılması müzakirə olunub

Dekabrın 20-də videokonfrans formatında GUAM PA Komitələrinin 5-ci birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Milli Məclisin GUAM PA- dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

İclasda GUAM məkanında lokal münaqişələrin həllinin hazırkı vəziyyəti, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Gürcüstan və Moldova Respublikasında dondurulmuş münaqişələr, GUAM-a üzv dövlətlərin BMT, ATƏT, AŞ və onların parlament qurumları çərçivəsində əməkdaşlığı, COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, onların qanunvericilik təminatı, üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılmasının başa çatdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Onlayn tədbirdə deputatlar müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər