Azərbaycan parlamenti GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması haqqında sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydalarını təsdiqləyib.
Məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
“GUAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” səsə qoyularaq bir oxunuşda qəbul edilib.