9 C
Baku
Thursday, December 12, 2024

GUAM ölkələri yaşıl enerji konsepsiyasını gücləndirəcək

GUAM ölkələrində yaşıl enerji konsepsiyasının gücləndirilməsi nəzərdə tutulur.

GUAM-ın Katibliyindən  bildiriblər ki, təşkilata üzv dövlətlər arasında iqlim sahəsində qarşılıqlı fəaliyyətlə bağlı əməkdaşlığın və dialoqun genişləndirilməsi, o cümlədən ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi müzakirə olunur. Bu xüsusda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda GUAM tədbirinin çağırılması planlaşdırılır.

İclasda enerji təhlükəsizliyi və davamlı, ədalətli, iqlimə davamlı enerji keçidi sahəsində əməkdaşlığın təşviqi, o cümlədən dekarbonizasiya, bərpaolunan enerji mənbələrindən, həmçinin ənənəvi yanacaq növlərindən istifadə, eyni zamanda, enerji səmərəliliyi və təmiz enerjiyə investisiyalar kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər