“Forbes” jurnalının reytinqinə görə sərvəti 826 milyard dollar olan İlon Mask təsis etdiyi “SpaceX” şirkətinin IPO-su (səhmlərin fond bazarında ilkin kütləvi yerləşdirilməsi) baş tutduqdan sonra planetin ilk trilyonçusu ola bilər. Bu barədə “The Guardian” qəzeti yazıb.
Nəşrin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan IPO uğurlu olarsa, dünyanın ən varlı insanı olan Mask “tarixə ilk trilyonçu kimi düşəcək”.
Maskın payının 542 milyard dollar təşkil etdiyi “SpaceX” ən azı 1,8 trilyon dollar dəyərində qiymətləndirilməyə ümid edir. Şirkət hər biri 135 dollardan 555,6 milyon səhm satmağı planlaşdırır.
Eyni zamanda elektromobil istehsalçısı “Tesla” şirkətinə də rəhbərlik edən sahibkar öz səhmlərini satmır. Nəticədə, “SpaceX”in IPO-su çərçivəsində şirkətin səsvermə hüququ verən səhmlərinin 82,4%-i onun nəzarətində qalacaq.







