1991-ci ildən indiyədək Latviyanın köklü əhalisi 30% azalıb. 2050-ci ilədək isə daha 23,5% azala bilər.
Bu barədə “The Guardian“ qəzeti ekspert rəylərinə əsasən xəbər yayıb.
Latviya hökumətinin demoqrafiya üzrə müşaviri İmants Paradnieks bildirib ki, bu, Latviya üçün mövcudluq məsələsidir. 2021-ci ildə ölənlərin sayı doğulanlardan 2 dəfə çox olub.
Qəzet yazır ki, Latviya hökuməti əhalıi artımını stimullaşdırmaq və xaricdə yaşayan latviyalıların geri qaytarılması planı üzərində işləyir.







