9 C
Baku
Friday, December 27, 2024

Gübrə zavodunun yaradılması ilə bağlı Sinqapur şirkəti ilə Memorandum imzalanıb

Sentyabrın 12-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.
Banker.az bu barədə Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir.
Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Kənan Nəcəfov və İndorama Korporasiyasının İdarə Heyətinin üzvü Prakash Kejrival imzalayıblar.
Memoranduma əsasən Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanlarının araşdırılması və tərəflər arasında müvafiq məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, İndorama şirkəti azot gübrələri, fosfat gübrələri, polietilen, polipropilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcəklər də daxil olmaqla bir çox məhsul istehsalı üzrə 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Brazilya, Malayziya, Afrika və. s) 20-dən çox sənaye müəssisəsinə malikdir. Şirkətin 18 000-dən çox işçisi var.
Son xəbərlər
Digər xəbərlər