2 C
Baku
Saturday, December 14, 2024

“Gübre.az” ötən il 1.8 mln. manat zərər edib

2023-cü il maliyyə baxımından “Aqrar İnnovasiya və Texhizat Şirkəti” ASC (və ya gübre.az) üçün daha çətin bir il olduğu məlum olub. Belə ki, 2023-cü ildə öncəki ildən fərqli olaraq 1 milyon 820 min manat zərər etdiyi məlum olub.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.

Halbuki, 2022-ci ildə 58 min manat xalis mənfəət əldə etmişdi.

“Aqrar İnnovasiya və Texhizat Şirkəti”nin 2023-cü ildə 35 milyon 956 min manat əsas əməliyyat gəlirləri olub ki, bu da 2022-ci ilin göstəricisi olan 34 milyon 366 min manata nisbətdə 4.6% artım deməkdir. Bununla belə,

Bununla da şirkətin ümumi mənfəəti illik 10.4% azalaraq 6 milyon 651 min manat təşkil edib.

Şirkət 2023-cü ildə zərər etsə də, səhmdarına 400 min manat dividend ayırıb. 1 yanvar 2024-cü il tarixinə kapitalında 3 milyon 790 min manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Xatırladaq ki, şirkət 200 min manat nizamnamə kapitalına sahibdir və kapitalın 100 faizi Afaq Məcidovaya məxsusdur.3242423424324234

Son xəbərlər
Digər xəbərlər