Lüks seqmentdə geyim istehsal edən “Gucci” markası Finlandiyanın “Oura Health” şirkəti ilə birgə ağıllı üzük, “Oura Ring” adlı yeni aksesuar təqdim edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, cihazın qiyməti $950 təşkil edir.
Üzüyün xarici səthi dəb brendinin loqosu və 18K sarı qızıldan olan naxışla bəzədilib. Aksesuarın daxili səthinə bədən temperaturu, ürək döyüntüsü, aktivlik səviyyəsi, yuxu keyfiyyəti və bədənin digər parametrlərinə nəzarət edən bir neçə datçik quraşdırılıb.
Proqram həmçinin sağlamlığı və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün meditasiya, nəfəs məşqləri və digər audio-kurslarla təchiz edilib.