9 C
Baku
Monday, November 18, 2024

“Güclü dollar” mexanizmi işə düşür – İlin maksimumuna çatmaq üzrə

ABŞ-da mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sisteminin (FED) iki gün öncə sərt monetar siyasətə getmə ehtimalları dolları son saatlarda 6 əsas valyuta səbəti qarşısında bir ilin ən yüksək həddinə qədər bahalaşdırıb. Funt sterlinq isə çökür.

İnvestorların həftənin son iş günündə ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri yaxından izləməyə başlanılacağı gözlənilir, hansı ki, bu statistika ilə FED-in faiz dərəcəslərini artıma getməsi ehtimalını daha da yüksəldir.

ABŞ dollarının altı əsas rəqib ticarət valyuta səbəti qarşısındakı son iki həftədə 1% artmış, son sessiyada isə 0.2% artımla 94.527 bəndə çatıb. Hansı ki, son bir ilin ən yüksək göstərici olan 94.561 bəndə çox yaxındır.

Ötən gün sərt monetar siyasəti ilə seçilən İngiltərə Mərkəzi Bankının (Bank of England) “qorxaq” mövqedə qalması, yəni faizlərin sabit qalması bir çox investorları proqnozlarını yenidən “reset” etməyə məcbur etdi. Halbu ki, sorğularda böyük əksəriyyət BoE-nin faiz dərəcələrini yüksəldəcəyi ehtimalı daha yüksək idi. Bu xəbərlərin ardından İngilis funt sterlinqi son 18 ayın minimum səviyyəsinə qədər endirdi. GBP/USD cütlüyünün məzənnəsi 0.5% enişlə 1.3425 səviyyəsini gördü.

Avstraliya dolları da ABŞ dolları qarşısında son həftədə 2% enişlə 0.73665 dollara qədər düşüb.

Avro ABŞ dolları qarşısında 0.16 faiz ucuzlaşma ilə 1.1531 dollara düşdü. Bu isə 2020-ci ilin iyulunda qeydə alınan minimuma yaxın rəqəm deməkdir.

ABŞ-ın hazırkı hökuməti də həmişə güclü dolların olmasını dəstəkləyiblər. Buna misal olaraq Trampın dövrünü yada salmaq olar. O, ABŞ dollarının güclü olmasından narahat olmaqla bağlı bir neçə dəfə bəyatanla çıxış etdi. İndi isə FED-in bazara xəzinə istiqrazları və sərt pul siyasətinin qaçılmaz olmağı ilə sinqanlları dolları bahalaşdırmaqdadır.

FED rəhbəri həftənin çərşənbə günü bildirib ki, artıq noyabr ayından etibarən istiqraz alışı proqramının azaldılmağa başlanacağını və hər ay 120 milyard dollarlıq mövcud istiqraz alışı proqramının 15 milyard dollar azaldılacaq.

Bununla bel,ə Amerikada əmək xərcləri üçüncü rübdə 1.3% ilə proqnozlaşdırıldığından çox artıb. Mütəxəssislər isə rüblük dinamikanın 0.7%-dən yalnız 0.9%-ə yüksələcəyini proqnozlaşdırırdılar.

Son xəbərlər
Digər xəbərlər