Son günlərdə ABŞ dollarının vahid Avropa valyutası da daxil olmaqla aparıcı valyutalara nisbətdə möhkəmlənməsi tendensiyası müşahidə olunur. Belə ki, əgər əvvəllər 1 dollar 1,24 avroya bərabərdirsə, bu gün avro 1,2 dollar səviyyəsinə düşüb. Federal Ehtiyatlar Xidmətinin faiz dərəcələri artırıla bilər, amma Avropa Mərkəzi Bankının dərəcələri eyni səviyyədə qalır. Eyni zamanda, güclənən dollar hələ də neft indekslərinə əhəmiyyətli təsir göstərmir.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında keçirilmiş iclasda Avropa Mərkəzi Bankının rəhbərliyinin uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing – QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. QE-nin qüvvədə olma müddətini yanvar ayından etibarən 60 milyard avrodan 30 milyard avroya qədər yanvar ayından etibarən istiqrazların ödənilməsinin aylıq həcminin azalması ilə uzadıb. “Qeyd edək ki, Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə sabitləşmə əldə ediləcəyi gözlənilir”, – deyə İqtisadi və Sosial Proqnozlaşdırma Mərkəzinin rəhbəri Vüqar Bayramov Turan-a bildirib.