“EverythingApplePro” bloqgeri “Apple” və “Samsung” istehsalı olan smartfonların gülləyə dözümlülüyünü yoxlamaq üçün sınaq keçirib.
Testdə “FN FAL” avtomatından, “AR-15” yarımavtomatından və “AK-47” avtomat silahından istifadə olunub.
Videoda görünür ki, bloqger hər iki istehsalçının son model smartfonlarını – “iPhone 6s” və “Samsung Galaxy S7”ni sınaqdan keçirir. Bəlli olub ki, “Apple”ın smartfonu daha möhkəm korpusa malikdir.
“iPhone”ların korpusu metaldan hazırlanır. “Samsung” isə şüşə qapaqlardan istifadə edir.
Lent.az