25 C
Baku
Sunday, April 28, 2024

Gülməli və sadəlövh istifadə qaydaları

1) Sears kompaniyasının fen üçün təlimatı: “Yuxuda olarkən istifadə etməyin”;

2) Fritos çipslərinin paketində: “Siz uda bilərsiniz! Lotereyada iştirak etmək üçün çips almaq mütləq deyil. Uduşun şərtləri paketin içindədir”;

3) Dial sabununun qutusu üzərində: “İstifadə qaydası: adi sabun kimi istifadə olunur”;

4) Schwann’s dondurulmuş yarımfabrikat məhsullarının qutusu üzərində: “İstifadə qaydası: donunu açın”;

5) Tort qutusunun dibində : “Çevirmək olmaz”;

6) Dondurulmuş pizzanın qutusunun üzərində: “Qızdırdıqdan sonra yemək isti olacaqdır”;

7) Rowenta ütüsünün üzərində: “Paltarı əyində ikən ütüləməyin”;

8) Öskürək əleyhinə uşaq şərbətinin (sirop) üzərində: “Bu dərmanın təsiri altında olarkən, avtomobil və ya digər texnoloji mürəkkəb qurğunu idarə etməyin!;

9) Nytol yuxu dərmanının üzərində: “Ehtiyatlı olun! Yuxu gətirə bilər”;

10) Elektrik yolka çələnginin və oyuncaqlarının üzərində: “Yalnız içəridə və ya çöldə istifadə oluna bilər”;

11) Yaponiya istehsalı olan mətbəx kombaynın üzərində: “Diqqət! Yalnız mətbəxdə istifadə oluna bilər”;

12) Fındıq qutusunun üzərində: “Ehtiyatlı olun! İçərisində fındıq var”. (Nə dəhşət!);

13) American Airlines aviakompaniyasının sərnişinlərinə verilən fındıq paketlərinin üzərində: “İstifadə qaydası: Paketi açın və fındıqları yeyin”;

14) Supermenin uşaqlar üçün kostyumunda: “Kostyumu geyinmək uçmaq qabiliyyəti yaratmır”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər