24 C
Baku
Wednesday, October 2, 2024

“Gülümsəyin, cənablar”

Yağışlı bir gündə şən, dəbdəbəli ağ palto geymiş, mükəmməl makiyajlı və saş düzümlü bir qadın çətirlə küçədə gedirdi. Havanın yağışlı olmasına baxmayaraq, yüksək əhval-ruhiyyəyə sahib idi. 

Qəfildən yaxınlıqdan keçən avtomobil yağış suyu ilə dolu çuxurun içərisindən keçir və bütün su qadının üzərinə çilənir. O bütünlüklə yaş olmuş, saç və makiyajından əsər-əlamət qalmamışdı. Qadın bir müddət yerindəcə donub qaldı.

Küçənin əks tərəfində isə yağışdan qorunmaq üçün dayanacağa sığınmış insanlar bütün baş verənlərə tamaşa edirdilər. Onlar hadisənin şahidi idilər və hər biri özlüyündə qadının üzləşdiyi hadisəyə təəssüf hissi keçirirdi. Hadisə şahidləri qadının ya avtomobilin arxasınca söyəcəyini, ya əsəbləşəcəyini, ya da ağlayacağını gözləyirdilər. Lakin özünə gələn qadın gülümsəyir. O elə ürəkdən gülürdü ki, qarşı tərəfdəki insanlar sevimli komandalarını dəstəkləyərcəsinə onu alqışlamağa başladılar.

Qadın artıq ona faydasız olan çətirini bağladı və üzündə təbəssümlə yoluna davam etdi. İnsanlar isə onun ardıyca hələ də əl çalmağa davam edirdilər. Bu vəziyyətdən biz də nəticə çıxara bilərik: “Hər hansı bir şey baş verdikdə və onu heç cür dəyişmək mümkün olmadıqda, edə biləcəyimiz ən yaxşı şey həmin problemə sadəcə gülməkdir”.

Son xəbərlər
Digər xəbərlər